Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Prezident Laçın rayonuna təyin etdiyi Xüsusi Nümayəndə ilə görüş zamanı diqqəti bir sıra məsələlərin üzərinə yönəltmişdir ​ ​ ​ ​ ​

0

  •         30 ilə yaxın davam edən ayrılıqdan sonra nəhayət ki, düşmən tapdağında olan yurdlarımıza qovuşmuşuq. İndi Azərbaycan xalqını, Ölkə Prezidenti cənab İlham Əliyevi yalnız bir şey düşündürür. Olduqca qısa müddətdə mənfur düşmən tərəfindən darmadağın edilmiş, talanmış,​ işğaldan azad edilmiş ərazilərdə quruculuq - bərpa işlərini başa çatdırmaq və həmin yerlərin sakinlərini öz doğma yurdlarına qaytarıb oralarda həyatı yenidən canlandırmaqdır. Artıq bu düşüncə sürətlə reallaşmaqdadır. Həmin ərazilərdə infrastrukturun bərpa edilməsi, yaşayış məntəqələrinin salınması, əhalinin oralara qaytarılması prosesinə start verilmişdir. Bu ilin sonuna qədər Şuşanın və Laçının bir xeyli sakininin işğaldan əvvəl​ yaşadıqları ərazlərə köçürülməsi nəzərdə tutulur. Laçın şəhərində, rayonun Zabux və Sus kəndlərində son tamamlama işləri yerinə yetirilir. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azad edilmiş torpaqlarda həyata keçirilən tikinti - quraşdırma işləri ilə bərabər, həm də həmin ərazilərdə idarəetmənin təkmilləşdirilməsi prosesi gedir ki, bu da görülən işlərin sürətlə və operativ şəkildə yerinə yetirilməsinə təkan verir. İndiyə qədər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Qarabağa , Şərqi Zəngəzurun Zəngilan və Qubadlı rayonlarına Prezidentin həmin ərazilərdə Xüsusi Nümayəndələri təyin edilmişdir. Cari ilin mart ayının 28 - də Ölkə Başçısı tərəfindən Şərqi - Zəngəzur iqtisadi regionuna daxil olan Laçın rayonuna Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi təyin edilmişdir . Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev yeni təyin etdiyi Xüsusi Nümayəndə ilə görüş keçirmişdir. Görüş zamanı Azərbaycan Prezidenti diqqəti bir sıra məsələlərin üzərinə yönəltmişdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan Prezidenti Laçına təyin etdiyi Xüsusi Nümayəndə Məsim Məmmədova təyin olunduğu bu çətin və böyük məsuliyyət tələb edən vəzifədə uğurlar arzulamışdır. Ölkə Başçısı Laçın rayonunun respublikanın ən böyük rayonlarından biri olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, burayon füsunkar təbiətə malikdir. Buranın hər bir guşəsi cənnəti xatırladır. Mən işğaldan azad edildikdən sonra iki dəfə bu rayona səfər etmişəm. Rayonun Qorçu kəndində Laçın və Kəlbəcər rayonlarının əhalisinə xidmət edə biləcək, eyni zamanda Şuşa şəhəri əhalisinin də yararlana biləcəyi Beynəlxalq Hava limanı inşa edilir. Hesab edirəm ki, Hava limanının tikintisi gələn ilin sonu və ya 2025 - ci ilin əvvəllərində başa çatacaqdır. Laçında əvvəllər Hava limanı olmayıb. Buralar həm də çətin relyefə malikdir. Biz burada Hava limanı üçün yer seçməkdə çox çətinlik çəkmişik. Hava limanı üçün seçdiyimiz yerdə dağları yarıb bu işi həyata keçiririk .​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Prezident qeyd etmişdir ki, həm Laçının, həm də digər işğaldan azad edilmiş ərazilərdə bütün şəhər və kəndlər bərpa olunacaqdır. Bu prosesi sürətləndirmək üçün biz bir neçə kəndin bir kənd kimi birləşdirilməsini, oralarda yaşayan əhalinin yaxşı şəraitdə yaşamalarını təmin etməyi nəzərdə tutmuşuq. Əhalini yerləşdirərkən əhalinin məşğulluq məsələləri də nəzərdən qaçmayıb. Oraların zəngin təbii ehtiyatları vardır və bütün bunlar orada yaşayan əhalinin maddi rifah halının yaxşılaşmasına öz müsbət təsirini göstərəcəkdir. Bir sözlə burada çox böyük işlərin görülməsi nəzərdə tutulmuşdur. Laçın şəhərində böyük məscid də inşa ediləcəkdir. Burada insanlar dini təlabatlarını ödəyə biləcəklər.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan Prezidenti bu yerlərin füsünkar təbiətinin bir daha diqqəti yönəltmişdir. O, bu gözəlliyin diqqətlə və ciddi şəkildə qorunmasının vacib olduğunu qeyd etmişdir. Ölkə qanunlarla idarə olunur. Hər kəs üçün qanun eynidir. Buralarda qanunsuz heç bir tikinti işlərinin aparılmasına imkan vermək olmaz. Laçın rayonu flora və fauna baxımından da zəngindir. Ermənilər işğal müddətində bu yerlərin təbiətinə çox ağır zərbə vurmuşlar. Meşələr amansızcasına məhv edilmişdir. Bütün bunlara baxmayaraq Laçın öz təbbi simasını saxlamışdır. Bu gözəlliyi və​ zənginliyi bundan sonra da qoruyub saxlamaq lazımdır. Bütün görülən işlər Laçını Azərbaycanın, - dünyanı öz gözəlliyi ilə valeh edən - ,​ İsveçrəsinə çevirəcəkdir. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Ələddin Əhmədov​,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib32 dəfə
    Prezident Laçın rayonuna təyin etdiyi Xüsusi Nümayəndə ilə görüş zamanı diqqəti bir sıra məsələlərin üzərinə yönəltmişdir

    Maraqlı gələ bilər
    28
    30
    0